İqtidarla siyasi partiyalar arasında növbəti görüş mayda keçiriləcək 01 May 2015 01:00 Siyasət Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun adından bu ay siyasi partiyalarla növbəti görüşün keçirilməsi barədə təklif daxil olub. Bunu APA-ya açıqlamasında Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn deyib. P. Hüseyn bildirib ki, görüşdə müzakirəyə çıxarılması üçün bir neçə mövzu və görüşün keçirilməsi vaxtı ilə bağlı da təklif var. Bu təklifləri açıqlamaq istəməyən P. Hüseyn bildirib ki, Ə. Həsənov adından daxil olan təklifin müzakirəsi ilə bağlı bu gün saat 16:00-da Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasının (KAXCP) qərargahında “Azadlıq-2015” blokuna daxil olan partiyaların toplantısı keçiriləcək. Toplantıda aparılan müzakirələrdən sonra iqtidarla növbəti görüş və müzakirəyə çıxarılacaq məsələlərlə bağlı ictimaiyyətə məlumat veriləcək. KXCP sədri Mirmahmud Mirəlioğlu da Prezident Administrasiyasından növbəti görüş barədə təklifin daxil olduğunu təsdiqləyib və “Azadlıq-2015” blokunun bu gün keçiriləcək toplantısından sonra məsələ barədə məlumat verəcəklərini qeyd edib. Teqlər : #İqtidarla siyasi partiyalar arasında növbəti görüş mayda keçiriləcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru `Azadlıq -2015` prezident İlham Əliyevə müraciət etmək qərarı verib Azərbaycandan ABŞ-a daha bir irad
‘Azərbaycanda ictimai-siyasi vəziyyət və müxalifətin vəzifələri’ mövzusunda dəyirmi masa keçirildi -Video