İranın Azərbaycandakı səfiri: “Beynəlxalq təşkilatları Qəzzada baş verənlərə biganə qalmamağa çağırırıq” 23 İyul 2014 01:00 Siyasət Rəsmi Tehran Qəzza bölgəsində baş verənlərdən narahatdır və məsələnin beynəlxalq müstəvidə həllini tapmamasına təəssüf edir. Bunu APA-ya açıqlamasında İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin deyib. Səfir qeyd edib ki, İran hökuməti bölgədəki hərbi cinayətlərin tezliklə dayandırılması üçün dünya birliyini biganə qalmamağa çağırır: “İyulun 7-dən bəri İsrail ordusunun Qəzzada başladığı hərbi əməliyyatlar nəticəsində əksəriyyəti uşaq və qadınlar olan 600-ə yaxın dinc sakin həyatını itirib, 3 mindən çox fələstinli yaralanıb. Bu, hərbi cinayətdir. Dinc insanların qətlini dayandırmaq lazımdır”. Teqlər : #İranın Azərbaycandakı səfiri: Beynəlxalq təşkilatları Qəzzada baş verənlərə biganə qalmamağa çağırırıq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Həmsədrlər ATƏT-in baş katibliyini Qarabağ danışıqlarının gedişi barədə məlumatlandıracaqlar Azərbaycan və İran arasında yeni sənəd imzalanacaq
‘Azərbaycanda ictimai-siyasi vəziyyət və müxalifətin vəzifələri’ mövzusunda dəyirmi masa keçirildi -Video