İranın iki nazir müavini Azərbaycana səfər edəcək 24 Aprel 2017 01:00 Siyasət Əmir Amini və Mehman Tamisizadə Bakıda bir sıra rəsmi görüşlər keçirəcək İranın yollar və şəhər inkişafı nazirinin müavini Əmir Amini və bu ölkənin planlaşdırma və resurslardan istifadə nazirinin müavini Mehman Tamisizadə Azərbaycana səfər edəcək. İranlı rəsmilər aprelin 26-dan 28-dək Bakıda keçiriləcək "Nəqliyyat, Tranzit və Loqistika" 16-cı Xəzər Beynəlxalq Sərgisində, 7-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat Sərgisində və 4-cü Xəzər Beynəlxalq Qayıqlar və Yaxtalar Sərgisində iştirak edəcək. Nazir müavinləri sərgilərdə iştirak etməkdən əlavə, Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçirəcək. (report) / Teqlər : #İranın iki nazir müavini Azərbaycana səfər edəcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Uzun sürən gərginliyin ardından Misir prezidenti Ərəbistana gedib İran prezident aparatının nümayəndəsi: “Azərbaycanla münasibətlər daha da inkişaf edəcək”
‘Azərbaycanda ictimai-siyasi vəziyyət və müxalifətin vəzifələri’ mövzusunda dəyirmi masa keçirildi -Video