REAL Hərəkatı seçkilərin nəticələrini tanımayacağını bəyan edir 27 Oktyabr 2015 02:00 Siyasət REAL Hərəkatı nioyabrın 1-də keçiriləcək parlament seçkilərinin nəticələrini tanımayacaq və hakimiyyətdən 2016-cı ildə təkrar seçki keçirməyi tələb edir. Maide.az xəbər verir ki, bu barədə Respublikaçı Alternativ Hərəkatının (REAL) parlament seçkiləri ilə bağlı bəyanatında deyilir. “REAL Hərakatı tələb edir ki, siyasi məhbuslar tezliklə azad edilsin, ölkədə azad və rəqabətli siyasi mühit yaradılsın, qeydə alınmış hər bir namizədə pulsuz efir vaxtının verilməsi üçün qanunvericilikdə dəyişikliklər edilsin, bütün bunlardan sonra 2016-cı ildə Azərbaycanda təkrar parlament seçkiləri keçirilsin. Bununla yanaşı REAL Hərəkatı seçiciləri öz hüquqları uğrunda mübarizə aparmağa, seçkilərə gəlib saxtakarlıqlara yox deməyə, seçki pozuntuları ilə bağlı məlumatları REAL Hərəkatının seçki qərargahına bildirməyə dəvət edir”, sənəddə qeyd edilir. . REAL Hərəkatı hakimiyyətə xəbərdarlıq edir ki, ölkədə seçki institutunun məhv olunmasının məsuliyyəti hakimiyyətin üzərindədir, bu ölkəmiz üçün çox ağır nəticələrə gətirib çıxaracaq. Xatırladaq ki, REAL Hərəkatının hazırda 10 nəfər deputatlığa namizədi seçkilərdə iştirak edir. Öz növbəsində, rəsmi dairələr, o cümlədən Mərkəzi Seçki Komissiyası ölkədə azad, demokratik, ədalətli seçki mühiti yaradıldığını bəyan edir. Teqlər : #REAL Hərəkatı seçkilərin nəticələrini tanımayacağını bəyan edir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Əhməd Talıbov da işdən azad edildi Deputatlığa namizdələrin sayı 767-yə düşdü
‘Azərbaycanda ictimai-siyasi vəziyyət və müxalifətin vəzifələri’ mövzusunda dəyirmi masa keçirildi -Video