Rusiya Dövlət Dumasının komitələri bu il Azərbaycanda birgə iclaslar keçirəcək 24 Yanvar 2017 02:00 Siyasət Rusiya Dövlət Dumasının komitələri bu il Azərbaycanda birgə iclaslar keçirəcək. Bu barədə "İzvestiya" qəzeti məlumat yayıb. Dövlət Duması 2017-ci il üçün federal büdcənin qəbulundan sonra beynəlxalq səfərlər planına düzəlişlər edib. Dumanın Beynəlxalq Əlaqələr Komitəsinin sədri Leonid Slutski 2017-ci il üçün parlamentlərarası əməkdaşlıq prioritetlərinin MDB və BRİKS ölkələri olacağını söyləyib. Dumanın MDB ölkələri ilə iş üzrə komitəsinin sədri Leonid Kalaşnikov MDB xətti ilə keçiriləcək tədbirlərin artdığını bildirib. O, Dövlət Dumasının 2017-ci ildə Azərbaycan və Qırğızıstanda birgə iclaslar keçirəcəyini söyləyib. (apa) / Teqlər : #Rusiya Dövlət Dumasının komitələri bu il Azərbaycanda birgə iclaslar keçirəcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycanla İran gömrükçüləri gələn aydan `bir pəncərə` sistemini tətbiq edəcək Bakıda Xəzərin hüquqi statusuna dair işçi qrupunun iclası başlayıb
‘Azərbaycanda ictimai-siyasi vəziyyət və müxalifətin vəzifələri’ mövzusunda dəyirmi masa keçirildi -Video