Rusları yenə qovurlar 26 Yanvar 2015 02:00 Siyasət Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) Rusiya nümayəndə heyətinin səlahiyyəti məsələsi yanvarın 28-də müzakirə ediləcək. Bu barədə Rusiya nümayndə heyətinin üzvü Aleksey Puşkov bildirib. "Əgər səsvermənin nəticələri bizi məyus edərsə, biz bir il müddətinə AŞPA-da işimizi dayandırmalı olacağıq. Bunun məsuliyyəti isə bu qərarı qəbul etmişlərin üzərinə düşəcək", - defə Dövlət Dumasının sədri Sergey Narışkin bildirib. 2014-cü ilin aprel ayında keçirilmiş sessiyada AŞPA Rusiya nümayəndə heyətini 2015-ci ilin yanvar ayına qədər səs hüququndan məhrum edib. Bu addım Krımın Rusiya tərəfindən ilhaqı ilə bağlı edilib. Onda Rusiya deputatları və senatorları etiraz əlaməti olaraq sessiyanı tərk etmişdilər və AŞPA ilə əməkdaşlıqdan imtina etmişdilər. (ans) Teqlər : #Rusları yenə qovurlar, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Arif Hacılı: `Kimlərsə özünütəcrid siyasəti aparacaqsa, biz bunu dəyişdirə bilmərik` Əli Kərimlinin daha bir adamı həbs edildi
‘Azərbaycanda ictimai-siyasi vəziyyət və müxalifətin vəzifələri’ mövzusunda dəyirmi masa keçirildi -Video