Sabah Milli Məclisin IV çağırışının son iclası keçiriləcək 19 Oktyabr 2015 01:00 Siyasət Sabah Milli Məclisin IV çağırışının son iclası keçiriləcək. İclasın gündəliyinə 33 məsələ daxil edilib. İclasda ilk olaraq "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında", "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında", "Azərbaycan Respublikasında 2016-cı il üçün yaşayış minimumu haqqında" və "Azərbaycan Respublikasında 2016-cı il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihələri müzakirə olunacaq. Bundan başqa, iclasın gündəliyində Azərbaycanın bir neçə ölkəylə imzaladığı sazişlərin təsdiqi, eləcə də Milli Məclisin və Hesablama Palatasının 2016-cı il üçün xərclər smetasının müzakirəsi var. Eyni zamanda, Vergi, Mülki Prosessual, Miqrasiya, Cinayət, İnzibati Xətalar məcəllələrində dəyişiklik edilməsi nəzərdə tutulub. "Dövlət rüsumu haqqında", "İcra haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Məhkəmə-Hüquq Şurası haqqında", "Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında", "İnformasiya əldə etmək haqqında", "Kütləvi informasiya vasitələri haqqında", "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında", "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında", "Dövlət əmlakının özəlləşdirilməsi haqqında", "Avtomobil nəqliyyatı haqqında", "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" qanuna əlavə edilən "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişikliklər edilməsi də gündəlikdə yer alan məsələlər sırasındadır. Milli Məclis Bakı və Gəncə apellyasiya məhkəmələrinə hakimlərin təyin edilməsi məsələsinə də baxacaq. Teqlər : #Sabah Milli Məclisin IV çağırışının son iclası keçiriləcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Eks-səfirdən Eldar Mahmudovla bağlı şok iddia Parlament seçkilərinə dair «Aralıq Hesabat» yayılıb
‘Azərbaycanda ictimai-siyasi vəziyyət və müxalifətin vəzifələri’ mövzusunda dəyirmi masa keçirildi -Video