Seyid Həsən Nəsrullah: Müqavimət xəttini harada qorumaq lazımdırsa, biz ordayıq

Seyyid Həsən Nəsrullah qeyd edib ki, Livanda olan bəzi qüvvələr Suriyada döyüşən terrorçuları himayə edir, onları silahlandırır və yönləndirir
 
İslamazeri.az-ın “Sana”-ya istinadən verdiyi xəbərə görə, Livan müqavimət hərəkatı "Hizbullah"ın lideri Seyid Həsən Nəsrullahın çıxışının ikinci hissəsi yayımlanıb. O çıxışı sizə təqdim edirik:
 
"Livanda olan bəzi qüvvələr Suriyada döyüşən terrorçuları himayə edir, onları silahlandırır və yönləndirir.
 
Müqavimətin Suriyada döyüşməsi ilk növbədə Livan xalqını qorumaq üçündür. Bunu Ərsalda baş verən son hadisələr sübut etdi.
 
Suriyada “Hizbullah” döyüşçülərinin itkiləri gözləniləndən az oldu. Əgər təşkilatımız Suriya müharibəsinə müdaxilə etməsəydi, onda bizim itkilərimiz dəfələrlə çox olardı.  
 
Əgər “Hizbullah” müqavimət döyüşçüləri Əl-Quseyrdə, Əl-Qələmunda döyüşməsəydi, terrorçular Livanın mərkəzinə Hərmala, Bəqaya, Akkara nüfuz edəcəkdilər və dağlıq bölgələrdə, dəniz sahillərində, o cümlədən Beyrutda və Livanın cənubunda döyüşlər gedəcəkdi.
 
Suriyada döyüşən müqavimətçilər Livanın sərhədlərini qoruyur. Müqavimət xəttini harada qorumaq lazımdırsa, biz oradayıq. Fələstini və Fələstin xalqının bütün hüquqlarını qoruyacağıq. Suriya müharibəsi0 müqavimət döyüşçülərimizi əlavə təcrübə və bacarıqlarla zənginləşdirir ki, gələcəkdə həmin təcrübə ilə işğalçı İsrail rejiminə qarşı istifadə etməyə imkan verəcək.
 
Vəhhabi və təkfirçi düşüncəlilər öz cərgələrinə tərəfdarları toplamaq üçün bir neçə on illərlə işləyib və buna milyardlarla pul xərcləyiblər. Hal-hazırda təkfirçi ideyaların yayılması üçün münbit şərait, xüsusən İŞİD təfəkkürlü təşkilatların yaranması İordaniya, Səudiyyə Ərəbistanı, Küveyt və Körfəz ölkələrində mövcuddur. Regionda baş verən hadisələr dövlətləri, xalqları, cəmiyyətləri, bütün Yaxın Şərqi və hətta böyük dövlətləri belə təhdid edir."
 
Daha sonra Seyid Həsən Nəsrullah bəyan edib: "Özünü bu müqavimətin bir hissəsi bilən və bu döyüşdə iştirakçı olmaq istəyən hər kəsin borcudur ki, Livanı, Suriyanı, Fələstini, bütün regionu, müsəlmanları və xaçpərəstləri və dini azlıqları müdafiə etsin! Böyük təhlükə yaxınlaşır, kütləvi şəkildə insanlar qətlə yetirilir.Xalqları və regionu məhv edən bu əcaib məxluqlara qarşı mübarizə aparanlara təşəkkür düşür yoxsa qınama? Dünyada elə bir dövlət, rejim yoxdur ki, hər hansı bir terrorçu təşkilatı dəstəkləsin və sonunda zərər çəkməsin. Türkiyə hökuməti AKP və Qətər regionda fəaliyyət göstərən terrorçu qruplaşmaları himayə edir."
 
Sonda Seyid Həsən Nəsrullah bunları qeyd edib: "Xaricdə özünü “Suriya müxalifəti” adlandıran bu təşkilat ilk günlərdən Suriyada heç bir nüfuza malik olmayıb. Bu qurumun üzvləri müəyyən bir siyasi çərçivədə toplanan personajlardan ibarətdir ki, onların əksəriyyəti də xarici diplomatik nümayəndəliklərin üzvləri ilə əlaqəlidirlər." /

Google+ WhatsApp ok.ru