Suriya müxalifətinin sabiq başçısı mövqeyini dəyişdi 30 İyul 2014 01:00 Siyasət Suriya müxalifət koalisiyasının sabiq başçısı Məaz Əl-Xətib, keçid dövlətinin təşkili üzərində təkidə dair qabaqkı mövqeyindən daşınıb, müxaliflər koalisiyasının dağıldığını etiraf edərək Suriya hökuməti ilə müzakirəyə hazır olduğunu bildirib. Əl-Aləm telekanalının verdiyi məlumata görə Məaz Əl-Xətibin həmin sözlərini ehtiva edən videoçarxın yayılması Suriyada geniş rezonans doğurub. Əl-Xətib həmin videoçarxda vurğulayıb ki; Suriyada toqquşmalara son qoymaq və ölkəni böhrandan xilas etmək üçün müzakirəyə hazırdır. Rəy Əl-Yəum qəzetinin yazdığına görə 2013-cu il Suriya müxaliflər koalisiyasının başçılığından istefa verən Məaz Əl-Xətib Yutube şəbəkəsində yayımlanan bir video materyalda deyib: Suriyalılar istər inqilab, istərsə də hökumət tərəfdarları ölkənin parçalanmasına qarşı çıxmaqda, toqquşmalara son qoymaqda və ədalətin bərqərar edilməsində ortaq mövqeə malikdirlər. Əl-Xətib Suriya hökumətinin qələbə çalmadığını vurğulayaraq eyni halda deyib: Müxalifət də zəifdir və lazım olan birliyə malik deyil, buna görə də hər iki tərəf kənara çəkilməli və hökuməti mütəxəssislərə tapşırmalıdır. maide.az / Teqlər : #Suriya müxalifətinin sabiq başçısı mövqeyini dəyişdi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İsraildən BMT-ə alçaldıcı zərbə İraq prezidentindən Türkiyəyə xəbərdarlıq
‘Azərbaycanda ictimai-siyasi vəziyyət və müxalifətin vəzifələri’ mövzusunda dəyirmi masa keçirildi -Video