Üsyançı diplomatın yerinə təyinat olub

Maide.az xəbər verir ki, Azərbaycan XİN xüsusi tapşırıqlar üzrə səfir Aqşin Mehdiyev Aİ yanında İslam Əməkdaşlıq Təşkilatının daimi nümayəndəsi təyin edilib. Bu barədə XİN mətbuat xdmətinin məlumatında deyilir.
 
O, vəzifəsinin icrasına 2015-ci il  dekabrın 1-dən başlayacaq.
 
A.Mehdiyev 2001-2006-cı illərdə Azərbaycanın Avropa Şurası, 2006-2014-cü illərdə isə BMT yanında daimi nümayəndəsi olub.
 
A.Mehdiyev bu postda Arif Məmmədovu əvəz edəcək. A.Məmmədov Bakıda hündürmərtəbəli binada baş vermiş yanğın nəticəsində çoxsaylı qurbanların olması ilə bağlı tənqidi statusuna görə təqiblərdən sonra diplomatik xidmətdən gedib.

Google+ WhatsApp ok.ru