Təmayül siniflər təşkil ediləcək 19 Sentyabr 2017 01:00 Elm, Təhsil 2017/2018-ci tədris ilində Azərbaycan məktəblərinin bir neçəsində təmayül siniflər təşkil ediləcək. Təhsilin təmayüllər üzrə təşkil olunduğu məktəblərdə əsasən texniki, riyaziyyat iqtisadiyyat, humanitar və təbiət təmayüllü, habelə texniki və riyaziyyat-iqtisadiyyat, texniki və təbiət, riyaziyyat-iqtisadiyyat və humanitar təmayüllü siniflərin təşkili nəzərdə tutulub. Bu barədə Təhsil Nazirliyindən Modern.az-ın sorğusuna cavab olaraq deyilib. Həmçinin, ölkə üzrə təhsilin təmayüllər üzrə təşkil olunduğu məktəblərin və siniflərin ümumi sayı da bəllidir. “2017-2018-ci dərs ilində ölkənin 900-dən çox ümumtəhsil məktəbində təmayül siniflərin təşkil olunması və buraya 30.000-ə yaxın şagirdin cəlb olunması gözlənilir. Daha dəqiq məlumatlar dərs ili başlandıqdan və hesabatlar qəbul edildikdən sonra məlum olacaq”. / Teqlər : #Təmayül siniflər təşkil ediləcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakıda I sinfə şagird qəbulunun müddəti uzadıldı Bu qidaları yemək olmaz!