İtlər qoxu ilə xəstəlikləri tapacaq

İtlər qoxu ilə xəstəlikləri tapacaq

Böyük Britaniyada Darem Universitetinin araşdırmaçıları itlərin unikal xüsusiyyətini aşkarlayıb.
 
Maide.Az "Sputnik"ə istinadla xəbər verir ki, onların fikrincə itlər malyariya xəstəliyini müəyyən edə bilir.
 
Bu barədə hesabat Yeni Orleanda Amerika Tropik Tibb və Gigiyena Dərnəyinin illik toplantısında səsləndirilib.
 
Hesabatda qeyd edilir ki, parazitik oqranizmlərə yoluxmuş insanlarda heç də hər zaman malyariyanın ənənəvi əlamətləri müşahidə edilmir. Bununla yanaşı onları xüsusi qoxuya malik olur.
 
Alimlər bu nəticəyə gəlmək üçün Qambiya uşaqlarının iştirakı ilə araşdırma aparıb. Təcrübədə malyariya xəstəliyinə yoluxmuş və xəstəliyin heç bir əlaməti müşahidə edilmədiyi 30 və 143 sağlam uşaq iştirak edib.
 
Bütün uşaqlara neylon corab verilib. Onlar bütün gecəni həmin corabda keçiriblər. Səhər həmin corablar xüsusi soyuducu kameralarda Böyük Britaniyaya gətirilib. Burada iki labrador və labrador–retriver itləri corabları qoxulayıb. Bu itlərə öncədən malyariya xəstəliyi keçirmiş insanların corabları verilib, qoxu onlara öyrədilib.
 
Nəticədə itlər bütün uşaqların corablarını qoxulayaraq, qoxuya görə, 70 faiz xəstə uşaqları, 90 faiz sağlam uşaqları isə müəyyən edə bilib.
 
 
 
Read more: https://sputnik.az/news/20181031/417666518/itler-qoxu-ile-xestelikleri-mueyyen-ede-bilecek.html

Google+ WhatsApp ok.ru