Türkiyə Azərbaycan və Ermənistanla sərhədlərini minalardan təmizləyəcək 05 Aprel 2017 01:00 Siyasət Türkiyədə Azərbaycan, İran və Ermənistanla sərhəddə minaların təmizlənməsinə dair layihənin icrasına başlayıb. Layihə Türkiyə hökuməti və Avropa İttifaqı tərəfindən birgə maliyyələşdiriləcək. Ağrı dağının ətəyindən artıq layihənin icrasına başlanılıb. Plana görə 2 il içərisində Türkiyənin Ermənistan, Azərbaycan və İranla sərhədində basdırılmış minalar təmizlənməlidir. Təmizləmə işləri Cənubi Afrika Respublikasından olan şirkət tərəfindən həyata keçiriləcək. Şirkətdən bildiriblər ki, 15 milyon kvadrat metrlik ərazidə 222 minanın aşkar edildiyi 511 minalı ərazinin təmizlənməsi nəzərdə tutulur. (apa) / Teqlər : #Türkiyə Azərbaycan və Ermənistanla sərhədlərini minalardan təmizləyəcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Rusiyalı ekspert: `İran və Türkiyənin iştirakı ilə yeni platforma Qarabağ məsələsini həll edə bilər` Putinin Çinə səfər edəcək
‘Azərbaycanda ictimai-siyasi vəziyyət və müxalifətin vəzifələri’ mövzusunda dəyirmi masa keçirildi -Video