Venesuela prezidenti Azərbaycana səfər edəcək 21 Oktyabr 2016 01:00 Siyasət Qeyd edək ki, N.Maduro artıq cümə axşamından etibarən səfərinə başlayıb Venesuela Prezidenti Nikolas Maduro Azərbaycana səfər edəcək. Verilən məlumata görə, bu barədə Venesuela hökumətinin yaydığı rəsmi açıqlamada deyilir. Səfərin məqsədi neft hasilatının dondurulması ilə bağlı məsələləri müzakirə etməkdir. Məlumatda deyilir ki, o əvvəlcə Neft İxrac Edən Ölkələrin Təşkilatına (OPEC) üzv ölkələrə, daha sonra isə qeyri-üzv ölkələrə səfər edəcək. Səfər çərçivəsində onun Azərbaycanla yanaşı İran, Səudiyyə Ərəbistanı və Qətərə də gedəcəyi planlaşdırılır. Qeyd edək ki, N.Maduro artıq cümə axşamından etibarən səfərinə başlayıb və səfər ümumilikdə 4 gün davam edəcək. (report) / Teqlər : #Venesuela prezidenti Azərbaycana səfər edəcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İran Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir Qarabağ münaqişəsinin həlli məsələsində heç bir ölkə İran kimi müsbət rol oynaya bilməz
‘Azərbaycanda ictimai-siyasi vəziyyət və müxalifətin vəzifələri’ mövzusunda dəyirmi masa keçirildi -Video