XİN Azərbaycan, Rusiya və İran xarici işlər nazirlərinin Bakıda görüşünün keçiriləcəyini təsdiqləyib

Azərbaycan, Rusiya və İran xarici işlər nazirlərinin üçtərəfli görüşünün yaxın vaxtlarda Bakıda keçirilməsi nəzərdə tutulub.
 
Bu barədə APA-ya Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev məlumat verib.
 
Onun sözlərinə görə. hazırda diplomatik kanallar vasitəsilə görüşün tarixi müəyyənləşdirilir.
 
Nazirlik sözçüsü bildirib ki, görüş əsnasında ikitərəfli və üçtərəfli əməkdaşlıq layihələri, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı və digər qarşılıqlı faydalı əməkdaşlıq məsələləri müzakirə ediləcək. 

Google+ WhatsApp ok.ru