Yaşam mühitində rəhmət yağışı

Ramazan ayının gündəlik mühüm məqsədlərindən biri bizim təqvaya yiyələnməyimizdir. “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!” ("Bəqərə", 183).
 
Ramazan ayında Allah tərəfindən əhəmiyyət verilən əməllərə nəzər saldıqda – ramazan ayının orucu, Quran tilavəti, nəql olunmuş duaları oxumaq faydalıdır. Bunların arasında ən mühümü bizim üçün daha əhəmiyyətlisi istiğfardır. Bağışlanmaq diləmək, aləmlərin Rəbbimdən günahlarımıza görə üzr istəmək lazımdır.
 
Ramazan ayı rəhmət yağışı tək bizim yaşam  mühitimizə yağır. Aludəlikləri, əlavələri, paslanmaları, öz əlimizlə həyatımızda, könlümüzdə, ruhumuzda yaratdığımız çirkinlikləri yuyur, mühiti saflaşdırır, könülləri nurlandırır.
 

Google+ WhatsApp ok.ru