Yadigar Sadıqov başqanlığa namizəddir?

"Yadigar Sadıqov namizədliyini verib, ancaq başqanlığa yox məclis üzüvlüyünə". Bu sözləri açıqlamasında Yadigar Sadıqovun müdafiə komitəsinin sədri Elman Fəttah bildirib. 
 
O, həmçinin əlavə edib ki, "Saytların Yadigar Sadıqovun başqanlığa namizədliyini verməsi ilə bağlı xəbərləri yalandır. Ayın 26-ı Yadigar Sadıqovla görüşdüm, məclis üzüvlüyünə namizədliyini verəcəyi ilə bağlı ərizəsini verdi mənə. Avqustun 28-i ərizələr təqdim olunurdu və ilk ərizə verən şəxs kimi Yadigar Sadıqov qeydə alındı. Ərizəsi qəbul olunduğunu eşidən kimlərsə xəbər yayıb ki, Yadigar Sadıqov başqanlığa namizədliyin verib."
 
Elman Fəttah Yadigar Sadıqovun məclis üzvlüyünə namizəd olmasına hüquqi bir əngəl olmamasını da bildirib:
 
"Yadigar Sadıqovun həbsdə olması nə hüquqi baxımdan nə də hansısa səbəblərdən onun namizədliyini irəli sürməkdə heç bir maneçilik törətmir.
 
Həmçinin Müsavat partiyasının nizamnaməsində çox ciddi dəyişikliklər olacaq. İki ildən artıqdır sənədlərin üzərində işlənilir. Müsavat partiyasının proqramında da ciddi dəyişiklik ediləcək".

Google+ WhatsApp ok.ru