Yerevanla Minsk Krım haqda frazaya görə Riqa kommünikesindən imtina ediblər

Ermənistan və Belarus “Şərq tərəfdaşlığı” sammitinin yekun kommünikesini imzalamaqdan imtina ediblər. Bu, sənəddə “Krımın anneksiyası” frazasının işlənməsi ilə bağlıdır. Bu barədə  Reuters sənədin mətninin müzakirəsində iştirak edən avropalı diplomatlara isnadən bildirib.
 
Mənbə bildirib ki, Brüsseldə danışıqlar “asan” keçməyib. O qeyd edib ki, Ermənistan və Belarus bildiriblər ki, əgər “Krımın anneksiyası” haqda söhbət gedərsə  sənədi imzalamayacaqlar. Onun sözlərinə görə, Aİ diplomatları mətnin kompromis variantını hazırlamağa məcbur olublar.
 
Agentliyin məlumatına görə, yekun sənəddə Aİ-nin Krımın Rusiyaya birləşdirilməsini pisləməsi əksini tapacaq, həmçinin 2014-cü ilin martında BMT-də səsvermə zamanı digər iştirakçı ölkələrin tutduğu mövqe xatırlanacaq. O zaman Ermənistan və Belarus Moskvanın mövqeyni dəstəkləmişdi.
 
Mayın 21-də Riqada “Şərq tərəfdaşlğı” sammiti açılacaq. Tədbirdə Aİ nümayəndələri, həmçinin keçmiş SSRİ-nin altı ölkəsi – Azərbaycan, Ukrayna, Gürcüstan, Moldova, Ermənistan və Belarus təmsilçiləri  iştirak edəcəklər.
 
Cümə günü sammitin yekunlarına əsasən birgə yekun kommünike qəbul olunmalıdır. Artq bu gün sammit iştirakçıları sənəd layihəsini müzakirə edəcəklər.
 
Rusiya XİN nümayəndəsi Aleksandr Lukaşeviç bundan öncə bildirib ki, Moskva sammiti diqqətlə izləyəcək, çünki “tərəfdaşlıq açıq ifadə olunmuş antirusiya istiqaməti alıb”.

Google+ WhatsApp ok.ru