16 ayda AMB $10,2 mlrd itirib

Mərkəzi Bank 21-25 dekabrda banklararası valyuta bazarında 300 mln dollar intervensiya edib. Beləliklə, AMB-nin valyuta ehtiyatları 5,1 mlrd dollara yaxınlaşıb.
 
Devalvasiya öncəsi AMB banklararası valyuta bazarında 493 mln dollar satıb.
 
Xatırladaq ki, AMB dekabrın 8-də banklararası valyuta bazarında valyuta satışını bərpa edib. 8-11 dekabrda AMB banklararası valyuta bazarında 255 mln dollar satıb. Ötən iki həftədə AMB 748 mln dollar satıb.
 
Turan-ın məlumatına görə, 1 sentyabr 2014-cü ildən Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları $10,2 mlrd azalıb. contact /

Google+ WhatsApp ok.ru