2020-ci ilin dövlət büdcəsinin gəlirlərində nələr dəyişir?

2020-ci ilin dövlət büdcəsinin gəlirlərində nələr dəyişir?

2020-ci ilin dövlət və icmal büdcələrində çoxdan gözlənilən dəyişikliklər nəhayət ki, açıqlandı. Baxmayaraq ki, büdcəyə yenidən baxılmasının zəruriyyətini dəfələrlə  əsaslandırsaq da rəsmilər onu təkzib edirdi.  Belə ki,  bununla bağlı  ilk dəfə  fevralın 9-da  açıqlama verən  Maliyyə naziri Samir Şərifov  dəfələrlə birmənalı şəkildə demişdi ki, il büdcəyə yenidən baxılmayacaq. Prezidentinin köməkçisi, iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsumov da cari ilin  büdcəsində dəyişikliyə ehtiyac görmürdü. Lakin, iyulun 30-da  rəsmi məlumat yayıldı ki,   Azərbaycan Respublikasının Maliyyə Nazirliyi 2020-ci il dövlət büdcəsinə yenidən baxılması üzrə təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edib[1]. Məlumatda qeyd edilir ki, 2020-ci il dövlət və icmal büdcələrində ediləcək dəyişikliklərin əsas məqsədi əlavə müdafiə və təhlükəsizlik tədbirlərinin görülməsi üçün ehtiyatın formalaşdırılması, habelə COVİD-19 pandemiyasının ölkəmizə mənfi təsirinin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərin, o cümlədən ölkə əhalisinin sağlamlığının qorunması məqsədi ilə səhiyyə sahəsində həyata keçirilən genişmiqyaslı tədbirlərlə bağlı əlavə ehtiyacların qarşılanması, habelə pandemiyadan zərər çəkən iqtisadi fəaliyyət sektorlarına, sahibkarlıq subyektlərinə və eləcə də əhalinin həssas qruplarına göstərilən dövlət dəstəyinin davam etdirilməsi üçün əlavə maliyyə təminatının yaradılması və eləcə də, sadalanan səbəblərdən ilin ikinci yarısında dövlət büdcəsinin artan xərcləri ilə azalan gəlirləri arasında gözlənilən natarazlığın aradan qaldırılması vəzifələrini təmin etməkdən ibarətdir. 
 
Artıq avqustun 5-ə təyin olunan Milli Məclisin növbədənkənar iclasında “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda[2], “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda[3], “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda[4]  dəyişiklik edilməsi barədə müzakirələr başlayacaq.  Milli Məclisə təqdim olunmuş düzəliş büdcəsi Dövlət Neft Fondunun 2020-ci il üzrə yenidən baxılmış büdcəsinin göstəriciləri[5], yenidən baxılmış 2020-ci ilin büdcəsi üzrə büdcələrarası transfertləri[6], Büdcə qaydasının tətbiqinin müvəqqəti dayandırılması[7], 2020-ci ilin altı ayında makroiqtisadi vəziyyət və ilin sonuna gözlənilən meylləri[8] və bu il üçün neftin 1 barrel üçün orta qiymətinin  35 dollar fərziyəsi əsas götürülərək hazırlanıb. / turan/
 

 

Google+ WhatsApp ok.ru