2015-ci ildə Azərbaycan əhalisi daha çox pul xərcləyəcək

2015-ci ildə iqtisadi artımın 4,4 faiz təşkil etməsi proqnozlaşdırılır.
 
Maide.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Mərkəzi Bankının 2015-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında deyilir.
 
Bəyanatda bildirilir ki, iqtisadi artım əsasən qeyri-neft sektoru hesabına təmin ediləcək, qeyri-neft sektoru üzrə artım proqnozu 8,2 faiz təşkil edir.
 
İqtisadi artımda daxili tələbin rolu əhəmiyyətli səviyyədə qalacaq. Proqnozlara görə, 2015-ci ildə daxili investisiyalar 6,1 faiz, əhalinin pul xərcləri isə real olaraq 5,2 faiz artacaq.
 
Cari ildə Azərbaycan iqtisadiyyatında artım davam edəcək, dövlətin strateji inkişaf proqramlarının həyata keçirilməsi iqtisadi artıma təsir edən mühüm amillərdən biri olacaq. İqtisadiyyatın şaxələnməsində qeyri-neft sektorunda investisiya fəallığı və ixrac potensialının reallaşdırılması mühüm rol oynayacaq.

Google+ WhatsApp ok.ru