5 rayonda sənaye məhəlləsinin yaradılması imkanları araşdırılır

"Hazırda Masallı, Ağdam, Füzuli, Lənkəran, Şabran və Şəmkir rayonlarında da sənaye məhəllələrinin yaradılması imkanları araşdırılır. Artıq Masallı, Ağdam və Füzuli rayonlarında sənaye məhəlləsinin yaradılması təklif edilən əraziyə baxış keçirilmiş, müvafiq inftrastrukturla təmin olunma imkanları araşdırılmış, sahibkarlarların təklifləri öyrənilmişdir". 
 
"Marja" xəbər verir ki, bunu “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru Rövşən Nəcəf bildirib.
 
O bildirilmişdir ki, Neftçala Sənaye Məhəlləsinin yaradılması istiqamətində işlər yekunlaşmaq üzrədir. Sahibkarlar tərəfindən Azərbaycan İnvestisiya Şirkətinə Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərmək üçün 17 layihə təqdim edilmişdir və ilkin mərhələdə 7 layihə icra olunacaqdır. 

Google+ WhatsApp ok.ru