“Coca-Cola” mağazalardan yığışdırılmasını təsdiqlədi 22 Avqust 2014 01:00 İqtisadiyyat `Şirkət olaraq bəzi mağazalardan məhsullarımızın bizə məlum olmayan səbəblərdən çıxarılmasını təsdiq edirik” Bunu açıqlamasında "Azerbaijan Coco-Cola Bottlers” (ACCB) şirkətinin korporativ əlaqələr üzrə direktor Demokan Konyalıgil bildirib. Onun sözlərinə görə, son zamanlar məhsulların mağazalarda satışının azalması ilə bağlı xəbərlərlə tanış olublar: ""Coco-Cola” son zamanlar mətbuatda bəzi mağazalarda məhsullarının yoxluğu ilə bağlı yaranan xəbərlərlə tanış olmuşuq. Bu istehlakçılarımızın narahatlığına səbəb olub. Bu halları araşdırıb həll etmək üçün müvafiq dövlət qurumlarına müraciət edəcəyik”. Teqlər : #CocaCola mağazalardan yığışdırılmasını təsdiqlədi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakıya yeni və müasir iritutumlu sərnişin avtobusları gətiriləcək Bakıda kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilib