“Azəriqaz”da yeni rəis təyinatı oldu 04 Sentyabr 2014 01:00 İqtisadiyyat Yeni rəis buna qədər Salyan Qaz İstismarı sahəsinin rəisi vəzifəsində çalışıb SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyində yeni təyinat gerçəkləşib. Bu barədə məlumatı birliyin mətbuat katibi Araz Ağayev verib. O, bildirib ki, yeni yaradılan Salyan Regional Qaz İstismarı İdarəsinə Xəyyam Hüseynağa oğlu Rzayev rəis təyin olunub. Təyinat barədə əmr avqust ayının 25-də verilib. Yeni rəis buna qədər Salyan Qaz İstismarı sahəsinin rəisi vəzifəsində çalışıb. Araz Ağayevin sözlərinə görə, hələ Xaçmaz Regional Qaz İstismarı İdarəsinə rəis təyinatı olmayıb. Qeyd edək ki, Dövlət Neft Şirkəti rəhbərinin əmrinə əsasən, iyun ayının 17-də Xızı, Siyəzən, Şabran, Xaçmaz, Quba və Qusar qaz-istismar sahələri yenidən təşkil edilərək onların bazasında Xaçmaz Regional Qaz İstismarı İdarəsi, Salyan, Saatlı, Sabirabad, Neftçala, Şirvan, İmişli, Hacıqabul qaz-istismarı sahələri yenidən təşkil edilərək Salyan Regional Qaz İstismarı İdarəsi yaradılıb. Teqlər : #Azəriqazda yeni rəis təyinatı oldu, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Türkiyə İŞİD-dən neft alıb? Ələt-Astara-İran dövlət sərhədi avtomobil yolunun tikintisi başa çatmaq üzrədir