Ərdoğan Azərbaycana verdiyi vədin üstündə durdu

Bu gün NATO liderləri ilə görüşən Türkiyə prezindenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana verdiyi vədin üstündə durub
 
NATO zirvəsində çıxış edən  Ərdoğan təşkilatın Azərbaycana verdiyi vədləri yerinə yetirməli olduğunu vurğulayıb. Dövlət başçısı Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğunu qeyd edib.
 
Xatırladaq ki, bu günlərdə ölkəmizdə səfərdə olan Türkiyə prezidenti dövlət başçısı İlham Əliyevlə görüşündə də NATO-nun zirvə toplantısında təşkilatın Azərbaycana verdiyi vədləri yerinə yetiriməsi ilə bağlı çıxış edəcəyini qeyd etmişdi.

Google+ WhatsApp ok.ru