Ərzaq sanksiyaları Rusiyanı hara sürküləyir (VİDEO)

Rusiyada yerli istehsalın artımı ət və kənd təsərrüfatı malları idxalından asılılığı azaldıb.
 
Maide.az-ın VOA-ya istinadən məlumatına görə, Rusiyanın ən böyük ət məhsulları istehsalçısı Çerkizovo Qrupu Moskva bölgəsini gündə 4 500 ton toyuq əti ilə təmin edir.
 
Ancaq ölkə sakinlərini Kremlin qərb ərzaq mallarının idxalına qadağasının qiymətləri artırcağı narahat edir.
 
Rusiya rəsmiləri bildirib ki, idxala qadağa ərzaq malları ehtiyatı və ya qiymətlərinə kəskin təsir göstərməyəcək. Onlar Asiya və Latın Amerikasının Qərbi əvəzləyəcəyini gözləyir.
 
Rusiya Birləşmiş Ştatların ən böyük donmuş toyuq məhsulları alan müştərisidir. Bu mallara qadağa qoyulması Çerkizovo kimi şirkətlərə bazarda böyüməyə imkan yaradacaq.
 
Şirkətin sözçüsü Yuri Çerçenko deyir ki, onlar tezliklə məhsullarını iki qat artıracaq və ABŞ istehsalçılarını əvəzləməyə hazır olacaq.
 
Lakin Çerkizovo Qərb ərzaq mallarına qadağadan bəhrələnən yeganə Rusiya istehsalçısı deyil. Məsələn, süd məhsulları şirkəti Mosmedinin rəsmiləri deyir ki, onların mozzarella pendiri Avropanınkından daha yaxşıdır, çünki onlar malları müştərilərə daha təzə çatdırırlar.
 
Direktor müavini Sergey Rezunenko deyir ki, onların mallarına tələbat artıb. Ancaq o eyni zamanda Rusiyanın qərb idxalına qadağasına qarşı çıxır.
 
Ukrayna ilə bağlı sanksiyalar Rusiya və Qərb arasında ticarət müharibəsinə səbəb ola bilər. Kreml Qərb sanksiyalarına qarşı Dünya Ticarət Təşkilatında məhkəmə işi qaldıracağı ilə təhdid edir.
 
Maraqlısı isə bundadır ki, 2012-ci ildə Rusiyanın Dünya Ticarət Təşkilatına üzvlüyü Rusiya ilə Amerika arasında ABŞ-dan alınan toyuq məhsullarına qadağanın qaldırılmasına dair əldə edilən razılıqdan sonra ABŞ-ın dəstəyini qazanmışdı.

Google+ WhatsApp ok.ru