“İşğalçılar Azərbaycan ərazisini tərk etməyincə, biz təcavüzə hər cür müqavimət göstərəcəyik”

"Azərbaycan Dağlıq Qarabağ üzərindəki hava məkanını bağlı elan edib. Elə bu səbəbdən Ermənistanın hərbi helikopteri vurulub". Bunu Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu "Kommersant FM" radiostansiyasına deyib. 
 
-Sizin əlinizdə helikopterin Azərbaycanın hava məkanını pozması ilə bağlı hansı məlumatlar var sualına belə cavab verib. "Mən sizin radionu dinləyirəm. Həftənin 4-cü günü saat 10:40 da qondarma Qarabağ nümayəndələrini efirə çıxardınız. Mən buna çox heyrətləndim. Bir rəsmi şəxs kimi bildirirəm ki, Rusiya sənədlərinin heç birində bu qondarma respublikanın adı çəkilmir". 
 
Aparıcı helikopterin nə səbəbdən vurulduğu sualına isə səfirimiz ərazinin Azərbaycana məxsus olduğunu və öz ərazisini ən müasir silahlarla müdafiə etdiyimizi deyib. 
 
Aparıcı Ermənistanın rəsmi Bakını hədələməsindən də danışıb. Polad Bülbüloğlu cavabında "Biz heç nədən qorxmuruq. Qoy Ermənistan öz düşdüyü vəziyyətin qayğısına qalsın", - deyə cavab bildirib. 
 
Polad Bülbüloğlu Azərbaycanın işğal altında olan öz torpaqlarını təmizləmə siyasətini bundan sonra da davam etdirəcəyini bildirib. 
 
Səfir helikopterin düşdüyü yerin Azərbaycan silahlı qüvvələri tərəfindən daim atəş altında saxlanılması iddiasına da münasibət bildirib. "Azərbaycan tərəfi çox heyrətlənmişdi. XİN bəyan etmişdi ki, bu ona bərabərdir ki, gəlib sənin ərazində başqa dövlət hərbi təlimlər keçirsin. Əgər Rusiya Federasiyasının hava məkanını başqa bir ölkənin vertolyotu pozsaydı cavabınız necə olacaqdı? Sovet vaxtında Koreya Boeing-i ilə məsələ yadınızdadır? Bu mülki təyyarə deyil hərbi helikopterdir. Hərbi helikopter niyə o ərazidə uçmalı idi?", - deyə səfir bildirib. 

Google+ WhatsApp ok.ru