Ərbəin münasibətilə Nəcəf hava limanında zairlərə pulsuz viza veriləcək

Nəcəf-Əşrəf hava limanının idarə heyəti elan edib ki, İmam Hüseynin (ə) "Ərbəin" günü münasibətilə zairlərin bu hava limanından İraqa pulsuz viza veriləcək.

Maide.az-ın  İraq KİV-lərinə istinadən məlumatına görə, Nəcəf-Əşrəf hava limanının idarə heyətinin bir üzvü Mustafa Tureyhi bu barədə xəbər verərək deyib ki, İraq Dövləti Nazirliyinin göstərişinə əsasən İmam Hüseynin (ə) əzadarları "ərbəin" günü ərəfəsində   Nəcəf hava limanından İraqa giriş pulsuz olacaq.
O vurğulayıb: Bu göstəriş təkcə "ərbəin" ziyarəti günləri üçündür.
Qeyd edək ki, İmam Hüseyn (ə) "ərbəin" ziyarəti ərəfəsində minlərlə heyət və karvanlar zəvvarların hərəkət etdiyi yollarda zairlərə xidmət edir və onları yemək və məskən ilə təmin edirlər.
İŞİD və digər təkfirçi terrorçuların İraqda çoxalması və təhlükəli bir şəraitin yaranmasına baxmayaraq, İraq rəsmilərinin dediklərinə görə İmam Hüseyn (ə) zairləri daxil və xaricdən Kərbəlya getmək üçün hər keçən günlə müqayisədə daha da çoxalırlar.

Qeyd edək ki, adi günlərdə Nəcəf şəhəri hava limanında İraq vizası üçün adam başına 80 dollar pul alınır. /

 

Google+ WhatsApp ok.ru