Ərəb nazirdən şok açqlama: neft 20 dollar da olsa, hasilatı azaltmayacağıq

Neft qiymətlərinə görə, bir barel neft 20 dollara qədər aşağı düşsə belə, Neft İxrac Edən Ölkələr Birliyi (OPEK) neft hasilatını aşağı salmayacaq.
 
Bu barədə “Middle East Economic Survey” jurnalına müsahibəsində Səudiyyə Ərəbistanı neft naziri Əli əl-Nuyami bildirib. 
 
“Qiymət necə olursa olsun, hasilatın azaldılması OPEK istehsalçıların maraqlarında deyil. Qiymət 20,40, 50 və 60 dollar olsa belə”, - deyə Nuyami vurğulayıb. 
 
Nazirin sözlərinə görə, neftin qiyməti bir də heç vaxt barelə görə 100 dollardan artıq olmaya bilər: “Əgər Səudiyyə Ərəbistanı hasilatı azaltsa, qiymətlə yuxarı qalxacaq və ruslar, braziliyalılar və ABŞ-dan olan sıxılmış qaz istehsalçıları bizim bazar payımızı ələ keçirəcəklər”, - deyə əl-Nuyami bildirib. 
 
Nazirin sözlərinə görə, Fars körfəzi ölkələrinin büdcəsi qiymətlərin uzun müddət aşağı düşməsinə tap gətirə bilər. Çünki regionda neft hasilatı bir barelə görə, 4-5 dollara başa gəlir. Nazirin fikrincə ilk olaraq Braziliya və Qərbi Afrika, Arktikanın şelf layihələrinə ziyan çəkəcək. Ona görə də gec ya tez, bu ölkələrin maliyyə imkanları onları neft hasilatını aşağı salmağa vadar edəcək. Biz dünyaya bildirmək istəyirik ki, yalnız neft hasilatında yüksək effektivliyə malik ölkələr bazarda böyük paya sahib olmalıdır”. – deyə, ərəb nazir vurğulayıb. 

Google+ WhatsApp ok.ru