Əli Kərimlinin daha bir adamı həbs edildi

AXCP Şəki rayon təşkilatının sədri Rauf Əbdülrəhmanlı yanvarın 29-da 20 sutka müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
 
Hüquq-mühafizə orqanları müxalifətçinin həbsinin səbəblərini göstərməyiblər.
 
AXCP-də isə hesab edirlər ki, R.Əbdülrəhmanlı Şəki şəhərində divarlara Xədicə İsmayılın, Seymur Həzinin və əvvəllər həbs edilmiş digər müxalifət fəallarının portretləri olan plakatları yapşdırdığı üçün həbs olunub.
 
Yada salaq ki, AXCP Ali Məclisinin Şəkidən olan üzvləri Əli Abdullayev və Mübariz Əbdülkərimov yanvarın 16-da 30 sutkalığa həbs ediliblər. Onlar X.İsmayılın plakatlarını divarlara yapışdırdığı üçün cəzalandırılıblar.

Google+ WhatsApp ok.ru