“Total”ın top-meneceri neftin qiymətinin 110 dollara yüksələcəyinə əmindir

Dünya bazarlarında neftin qiymətinin ucuzlaşması hələ bir müddət də davam edəcək, lakin bu fenomen qısamüddətli olacaq və qiymətlər bir barelə görə 100-110 dollar səviyyəsinə qayıdacaq.
 
Bu barədə Fransanın Total holdinqinin satış və xidmətlər üzrə direktoru Filip Buasso La Tribune qəzetinə müsahibəsində bildirib, İnterfaks xəbər verir.  
 
“Bazar neft sektoruna yatırılan investisiyaların azalığından irəli gələn riskləri anlayan kimi neftin qiymətləri mexaniki olaraq, yüksəlməyə başlayır, - deyə, Buasso bildirib. – İş qiymətlərin yüksəlib-yüksəlməyəcəyində yox, bunun nə vaxt baş verəcəyindədir”.  
 
Onun fikrincə, bir barelə görə 100-110 dollar qiymət “tarazlıq qiymətidir” və ona “kifayət qədər tez bir vaxtda qayıtmaq lazımdır”.  

Google+ WhatsApp ok.ru