“Şahdənizin böyük ehtiyatının olmasına 100 faiz inanırdıq” - Xoşbəxt Yusifzadə

“Hələ biz ancaq xarici ölkələrdə qazın paylanması, qaz məntəqələrinin çəkilməsi ilə məşğuluq. Neftlə qazın kəşfiyyatı və hasilatı ilə bağlı hələ ki işlər yoxdur. Bu barədə danışıqlar gedir. İran və Vyetnamla danışıqlar gedir. Yəqin ki, bu işə yeni başlayacağıq”.
Maide.az xəbər verir ki, bunu SOCAR-ın I vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib. 
O bildirib ki, Şahdəniz qaz yatağı bu gün dünyaya səs salıb: “Ölkəmizdə əvvəllər başqa yataqlar var idi, amma 1 trilyon 200 milyard kub metrlik yataq və 240 milyon ton kondensat olan bir yerdə, doğrudan da bu dünya miqyasında dənizlərdə birinci kəşf olunan yataq idi. Özü də ki, biz onun üstündə Sovet vaxtından işləmişdik. Biz orada quyular da qazmışdıq, amma bizim quyularımızın qazılması onların kabinetlərinə çata bilməmişdi. Çünki o vaxt bizim texnologiya bu cür deyildi. Lakin biz Şahdənizin böyük ehtiyatının olmasına 100 faiz inanırdıq və necə var elə də çıxıdı. Bu günlərdə Şahdənizdə hər gün 29 milyon ton qaz alınır. Ölkəmizi qazla təmin etməklə yanaşı, Azərbaycan qazı Gürcüstana və Türkiyəyə də gedir”.

Google+ WhatsApp ok.ru