Ərzaq qiymətləri 5 ilin dibində

Dünyada ərzaq qiymətləri Apreldə 2010-cu ilin İyun ayından bu yana ən aşağı səviyyəyə enib.
 
Ərzaq qiymətləri Aprel ayında süd məhsulları başda olmaqla demək olar ki, bütün məhsul qiymətinin aşağı düşməsinin təsirilə İyun 2010-dan bu yana ən aşağı səviyyəyə enib.
 
Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatlarına əsasən taxıl, yağlı toxumlar, süd məhsulları, ət və şəkər qiymətlərindəki aylıq dəyişiklikləri izləyən dünya ərzaq qiymətləri indeksi Aprel ayında Mart ayı ilə müqayisədə 1.2% geriləyərək orta hesabla 171 qiymətini alıb.
 
FAO həmçinin builki dünya taxıl istehsalı proqnozunu əvvəlki aya nisbətən 39 milyon ton azaldaraq 2.509 milyard tona endirib.

Google+ WhatsApp ok.ru