“AZAL”dan qiymətlərlə bağlı - AÇIQLAMA

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (AZAL) aidiyyəti dövlət qurumları ilə birlikdə aviabiletlərin qiymətlərinin təhlilinə başlayıb. 
 
Bu barədə AZAL-dan bildirilib. 
 
AZAL-ın məlumatına görə, təhlillərin nəticəsi əsasında qiymətlərə yenidən baxılması və optimallaşdırılması  mexanizmi ilə bağlı təkliflər hazırlanacaq və hökumətə təqdim ediləcəkdir.
 
Qeyd edək ki, prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında aviabiletlərin qiymətlərinin ucuzlaşdırılması ilə bağlı aidiyyatı qurumlara tapşırıqlar vermişdi.(oxu.az) 

Google+ WhatsApp ok.ru