“Wizz Air” Azərbaycana qayıdır- Martdan

Macarıstanın “Wizz Air” aviaşirkəti “Azərbaycan Hava Yolları” QSC-ə (AZAL) 2016-cı ilin mart ayından Azərbaycanda uçuşları bərpa etmək niyyətində olduğunu bildirib.
 
Maide.az  xəbər verir ki, bu barədə Trend-ə QSC-nin mətbuat xidmətindən məlumat verilib.
 
Məlumatda bildirilir ki, bununla bağlı yaxın zamanlarda tərəflərin görüşüb danışıqlar aparması gözlənilir: “Azərbaycan tərəfindən 2016-ci ilin mart ayından aviareyslərin həyata keçirilməsinə razılıq verilib. Azərbaycan tərəfi “Wizz Air” şirkətinə 2015-ci ilin yay və qış mövsümü ərzində uçuşların həyata keçirilməsi barədə bir neçə müraciət edib, lakin cavab almayıb”. /

Google+ WhatsApp ok.ru