“ASAN Xidmət” taksi lisenziyası verməyə başlayıb

“ASAN Xidmət” bu gündən etibarən taksi lisenziyalarının verilməsinə başlayıb. Xidmətdən verilən məlumata görə, bu gündən etibarən müddəti bitən taksi sahibləri lisenziyasını “ASAN Xidmət”də yeniləyə bilər. Taksi lisenziyalarının yenilənməsini hələlik yalnız 5 saylı “ASAN Xidmət” mərkəzi (Heydər Əliyev prospektində yerləşir) həyata keçirir. Taksi fəaliyyətinə başlamaq istəyən vətəndaşlar isə hələlik gözləməli olacaq. Xidmətdən verilən məlumata görə, hazırda 59 fəaliyyət növü üzrə yalnız könhə lisenziyaların yenilənməsi prosesi aparılır. Lakin sənədləşmə prosedurunun sadələşdirilməsi, bəzi lisenziyaların gözlənilən ləğvetmə prosesi ilə əlaqədar olaraq yeni lisenziyalar, o cümlədən taksi lisenziyaları verilmir. İqtisadiyyat və Sənayə Nazirliyinin şöbə müdiri Elçin İbrahimov fins.az-a bildirib ki, bəzi lisenziyaların ləğv edilməsi ilə bağlı təkliflər noyabr ayının 19-na kimi təqdim ediləcək. Hansı lisenziyaların qalacağı, hansılarının isə ləğv ediləcəyi isə dekabr ayının əvvəlində məlum olacaq. (fins.az)

Google+ WhatsApp ok.ru