“Daxilolmaların artırılması” üçün Vergilər Nazirliyində yeni qurum yaradılıb

Vergilər Nazirliyi yanında 1 saylı Vergilər Departamenti yaradılıb.
Maide.az xəbər verir ki, Nazirliyin məlumatnda deyilir ki, bu qərar prezident İlham Əliyevin vergi orqanları qarşısında qoyduğu mühüm vəzifələrin icrasını, vergi inzibatçılığının daha da təkmilləşdirilməsini, vergi orqanlarının daha səmərəli və şəffaf işləməsini, büdcəyə daha çox vəsait toplamasını təmin etmək məqsədilə qəbul edilib.
 
Bakı Vergilər Departamenti rəisinin 1-ci müavini Zaur Fətizadə yeni departamentin rəisi təyin olunub.
 
1 saylı Vergilər Departamentinin funksional səlahiyyətləri barədə açıqlama verilmir./

Google+ WhatsApp ok.ru