Ərzaq malları bahalaşıb - RƏSMİ

Dövlət Statistika Komitəsi ölkənin 2016-cı ilin yanvar-fevral aylarına olan iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərini açıqlayıb.
 
Komitədən Modern.az-a verilən məlumata görə, 2016-cı ilin yanvar-fevral aylarında 2015-ci ilin müvafiq dövrünə nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 11,7 faiz yüksəlib.
 
Ərzaq məhsullarının qiymətləri 14,8 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 15,7 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 4 faiz bahalaşıb./

 

Google+ WhatsApp ok.ru