​PLASTİK KARTLARDA OĞURLUQ

 «Exo» qəzeti plastik kartlarla əməliyyatlar zamanı vətəndaşların maliyyə vəsaitlərinin oğurlanması haqda yazı dərc edib.
 
Məqalədə yer alan iddialara görə, Azərbaycanda bu sahədə dələduzluq səviyyəsi 5.35 bazis təşkil edir. (1 bazis hər 100 dollara 1 qəpik oğurlanması deməkdir).
 
Qəzetə danışan ekspertlər belə dələduzluğun 2013-cü ildən artdığını bildirilər. Üstəlik, qeyd edirlər ki, bunun qarşısını almağa heç də dövlət hazır deyil.
 
İqtisadçı Samir Əliyev deyib ki, 2015-ci ildə Azərbaycanda plastik kartlarla 1 milyard 250 milyon manatlıq əməliyyat aparılıb: «Bu isə o deməkdir ki, dələduzlar indiki 5.35 səviyyəsində, ən azı, 625 min manat və ya 399 min dollar vəsaiti oğurlayıblar».
 
Milli İnternet Forumunun prezidenti Osman Gündüz isə qeyd edib ki, bu oğurluğun səviyyəsi indi elə də yüksək deyil: «Bu, bir zaman məsələsidir. Hələlik bizdə vətəndaşları belə cinayətlərdən qorumaq mexanizmi güclü deyil. Odur ki, vətəndaş internet vasitəsilə əməliyyat vaxtı ehtiyatlı olmalıdır. Sistemin qorunmasına əmin olduqdan sonra əməliyyat aparmalıdır».

Google+ WhatsApp ok.ru