​MÜMKÜNSÜZ

«Yeni Müsavat» qəzetində iqtisadçı Natiq Cəfərli Dünya Azərbaycanlılarının IV Qurultayında dövlət başçısı İlham Əliyevin xaricdəki zəngin iş adamlarını ölkəyə investisiya qoymağa çağırmasına münasibət bildirib.
 
İqtisadçı çağırışı normal dəyərləndirsə də, ölkədə investisiyaya münbit şəraitin olmadığı düşüncəsindədir: «Azərbaycan hökuməti anlamalıdır ki, hər bir investorun bir ölkəyə gəlməzdən öncə maraqlandığı bir neçə məsələ var. Bu, mülkiyyət toxunulmazlığı, məhkəmə hakimiyyətinin durumudur. Azərbaycan Avropa İnsan Haqları Məhkəməsində ən çox mülkiyyət hüququnun pozulması ilə bağlı iş alan ölkələr sırasında yer alır».
 
Daha sonra N.Cəfərli vaxtilə Azərbaycanda iş adamları kimi fəaliyyət göstərmiş Paolo Pərviz və Hüseyn Arabul-un taleyini xatırladır. Vergidən yayınma adı ilə Azərbaycanın 100-ə qədər iş adamını İnterpolun axtarışına verdiyini qeyd edir: «Ölkənin imici belə formalaşıbsa, reytinq agentlikləri ölkənin reytinqini son iki ildə xeyli aşağı salıbsa, bir çağırışla bura investor cəlb etmək çox çətin məsələdir. Hətta demək olar ki, mümkünsüzdür».
 

Google+ WhatsApp ok.ru