Əhali ödəniş kartlarını bağlayır

Əhali ödəniş kartlarını bağlayır

Azərbaycanda kredit kartlarının sayı azalmaqdadır. Mərkəzi Bankın açıqladığı hesabata görə, 2016-cı ilin aprel ayı üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 31 min ədəd azalaraq 5 mln. 403 min. ədəd təşkil edib. 2015-ci ilin sonu ilə müqayisədə bu göstərici 256 min ədəd azalıb.
 
Ödəniş kartlarının 4 mln. 655 min ədədini debet kartları, 748 min ədədini isə kredit kartları təşkil edib. Debet kartları üzrə yalnız əmək haqqı kartlarının sayı 40 min ədəd azalaraq, 1 mln 481 min ədədə bərabər olub. Sosial kartlar 3 min ədəd artaraq, 2 mln 442 min ədədə, debet kartların digər növləri üzrə olan kartlar isə 39 min ədəd artaraq 732 min ədədə bərabər olub.
 
Kredit kartlarının sayı bir ay ərzində 32 min ədəd azalaraq, 2016-cı ilin 1 mayı üzrə 748 min ədəd təşkil edib. Ümumimilikdə ilin əvvəlindən indiyədək kredit kartlarının sayı 61 min ədəd azalıb.(fins.az)
 

Google+ WhatsApp ok.ru