“10 minlik işsizlər ordusu yarana bilər”

“10 minlik işsizlər ordusu yarana bilər”

 
“Exo” qəzeti “Azərbaycanda işdən azad edilən bank əməkdaşlarının sayı 10 minə çatacaq” sərlövhəli məqalədə bank sahəsindəki işdən azad olunmaları araşdırır.
 
“Son bir il ərzində işini itirən bank əməkdaşlarının sayı Azərbaycanda sürətlə 3 minə yaxınlaşır. Söhbət hələ işsizliyə görə müavinət almaq üçün məşğulluq mərkəzlərinə müraciət edən şəxslərdən gedir. Yeri gəlmişkən, ekspertlərin proqnozlarına görə, ölkə iqtisadiyyatının bu sektorunda işsizlərin sayı əhəmiyyətli dərəcədə arta bilər, çnüki Azərbaycanda “bankların batması” prosesi hələ başa çatmayıb”.
 
Bunu isə qəzetə ekspert Azər Mehtiyev şərh edib.
 
Ekspert deyir ki, yaxın zamanlarda maliyyə müəssisələrində yenə azalmalar ola bilər, belə ki, fəaliyyət göstərən banklarda ştatların ixtisarı davam edəcək:
 
“Hazırda bank strukturlarının və əməkdaş sayının optimallaşdırılması prosesi gedir. Neftin qiyməti yüksək olan zamanlarda verilən əsassız yüksək faizli kredit hesabına maliyyə müəssisələrinin qazancları çox idi. Ona görə də əməkdaşların sayını artırmaqla işlərini genişləndirməyi özlərinə rəva bilərdilər. Amma elə ki, manat devalvasiyaya uğradı və banklar vaxtı keşmiş kreditlərlə üz-üzə qaldılar, bank əməkdaşlarının kütləvi ixtisarı başladı”.
 
Bunu da qəzetə ekspert A.Mehtiyev bildirir.
 

Google+ WhatsApp ok.ru