Əsəd: Rusiya, məni `kukla lider` görmək istəmir

Əsəd: Rusiya, məni `kukla lider` görmək istəmir

Əsəd, Türkiyənin də daxil olduğu xarici ölkələrin terrorçulara verdiyi dəstəyə görə Suriyada siyasi həllin hazırda real görünmədiyini bildirib.
 
Suriya prezidenti Bəşər Əsəd, Rusiyanın, ölkəsinin daxili siyasətinə qarışmaq və onu "kukla lider"ə çevirmək istəmədiyini deyib. 
 
Maide.Az xəbər verir ki, "Sunday Times" qəzetinə müsahibə verən Suriya lideri Bəşər Əsəd Suriyada qərarları siz, yoxsa Rusiyanın verir sualına "Əlbəttə, qərarları biz alırıq. Rusiya ordusu 60 ildir ki, Suriyadadır. Siyasətləri iki şeyə əsaslanır. Əxlaq və beynəlxalq hüquq. Bir baxış bucaqları olsa belə, bura sizin ölkəniz, siz daha yaxşı bilərsiniz deyirlər. Heç vaxt daxili işlərimizə qarışmırlar, çünki bizdən heç bir şey istəmirlər. Bizdən "kukla lider" olmağımızı istəmirlər"  - deyə bildirb.
 
Bəşər Əsəd həmçinin qeyd edib ki, Rusiya bilir ki, əgər Suriya terrorçulara qarşı müharibədə məğlub olsa, Avropada terror hakim olacaq və bu da həm Rusiya, həm də dünyanın digər ölkələrinə təsir göstərir. Rusiyanın Suriyadakı müdaxiləsinin məqsədi terrorçuların Suriyada qələbə qazanmasına imkan verməməkdir. Siyasi həll üçün mövzu başlıqlarının nə olacağını bilmirəm. Heç kim heç nə təklif etməyib. Digər tərəfdən terrorçuların Səudiyyə Ərəbistanı, Türkiyə, Böyük Britaniya, ABŞ və Fransadakı himayədarları tərəfindən idarə olunması siyasi həll prosesinə təsir edir. Problemin kökündə bu ölkələrin müdaxiləsi durur. Əgər buna son qoysalar, o zaman terrorçular zəifləyəcək, gedəcək, ya da məğlub olacaqlar. Ancaq bundan sonra suriyalılar kimi oturub müzakirədən danışmaq olar. /

Google+ WhatsApp ok.ru