Şəki İpək kombinatı işini dayandırıb

Şəki İpək kombinatı işini dayandırıb

-- Hələ yanvarın 15-dən 250 işçi ..

Şəki İpək kombinatı fevralın 1-dən işini müvəqqəti dayandırıb.
 
Hələ yanvarın 15-dən 250 işçi öz hesablarına məzuniyyətə göndərilib.
 
"Şəki İpək" ASC rəhbərliyi faktı "Turan" İA-ya təsdiq edib.
 
Müəssisədə hazır məhsulların - xam ipək parçanın satışı ilə bağlı problemlər yaşayır. Məhsulların bəziləri İran və Türkmənistana satılır.
 
Məhsulların böyük hissəsi yüksək maya dəyərinə görə anbarlarda yığılıb qalıb.

Google+ WhatsApp ok.ru