Aİ-nin nümayəndəsi: “Bütün üzv dövlətlər Rusiya əleyhinə sanksiyaların uzadılmasının tərəfdarıdır”

Avropa İttifaqının bütün üzv dövlətləri Rusiyaya qarşı iqtisadi sanksiyaları daha yarım il müddətinə uzatmaq barədə yekdil fikirdədirlər. Bu məsələ Aİ-nin sammitində müzakirə olunmayacaq”.
 
Bunu Aİ-nın adının çəkilməsini istəməyən yüksək çinli  nümayəndəsi deyib. “Mən hər hansı müzakirənin olacağını gözləmirəm. Bəlkə də yanılıram, lakin mən bunu ölkələrin nümayəndələr arasındakı danışıqlara əsasən söyləyirəm”, - deyə o, bildirib.
 
Mənbə əlavə edib ki, Minsk razılaşmalarının yerinə yetirilməsi ilə sanksiyaların uzadılması arasındakı əlaqə hələ də aktuallığını qoruyub saxlayır: “Bu isə o deməkdir ki, 28 lider qarşıdakı 6 ay müddətində sanksiyaların uzadılmasını dəstəkləyəcək”. 

Google+ WhatsApp ok.ru