ABŞ-ın Azərbaycandakı yeni səfiri Robert Sekuta bu gün axşam Bakıya gələcək

ABŞ-ın Azərbaycandakı səfirliyindən ANS-ə verilən məlumata görə, səfir bu gün axşam saat 20-21 radələrində Bakıda olacaq. Səfirlikdən həmçinin bildirilib ki, Robert Sekuta Bakıya gələn zaman Heydər Əliyev adına Beynəlxalq Hava Limanının görüş zalında mətbuat nümayəndələri səfirlə görüşə biləcəklər.
 
Xatırladaq ki, bir neçə gün əvvəl yeni səfir Robert Sekuta qarşılama mesajı yaymışdı. Yayımlanan videoda səfir Azərbaycan xalqını salamlayaraq öz ürək sözlərini deyib. Səfir Sekuta videoda hansı məkanları öncə ziyarət etməyi, Azərbaycan mətbəxi və ölkəmizin mədəniyyəti kimi məsələlərə toxunub. 

Google+ WhatsApp ok.ru