ABŞ-ın yeni səfiri gəlir

ABŞ-ın Azərbaycana təyin olunmuş yeni fövqəladə və səlahiyyətli səfiri Robert Sekutanın Bakıya fevralda gəlməsi gözlənilir. Bu barədə diplomatik mənbələrdən məlumat verilib.
 
ABŞ-ın Azərbaycandakı səfirliyindən isə ans-ə bildirilib ki, səfirin gəlişinin dəqiq tarixi hələlik məlum deyil, lakin onun Bakıya yaxın vaxtlarda gəlməsi nəzərdə tutulub. Bu barədə səfirliyin müvəqqəti işlər vəkili Derek Hoqan yanvarın 21-də jurnalistlərə də məlumat vermişdi . 
 
Xatırladaq ki, ABŞ Senatı Robert Sekutanı ötən il dekabrın 16-da ABŞ-ın Azərbaycanda səfirinin vəzifəsinə təsdiqləyib. O, 2007-2009-cu illərdə Tokioda, 2003-2007-ci illərdə Berlində ABŞ hökumətinin iqtisadi məsələlər üzrə iştirakına nəzarət edib. Həmçinin ABŞ-ın Əfqanıstanda səfirliyində Koordinasiya direktorunun iqtisadi məsələlər üzrə birinci müavini olub.
 
Diplomat Corctaun Universitetinin məzunu, Qlobal Menecment Məktəbinin və Milli Hərbi Kollecin magistri dərəcəsinə malikdir.

Google+ WhatsApp ok.ru