ABŞ Rusiyaya sanksiyaları qaldırmağa şərt qoyur 14 İyul 2017 01:00 Siyasət ABŞ prezidenti Donald Trump deyir ki, Moskva Ukrayna və Suriyada sülh sazişlərinə razılaşmayınca Rusiyaya sanksiyalar qaldırılmayacaq. “Suriya və Ukraynada bizi, hamını təmin edən bir şey hazırlanmayınca sanksiyaları qaldıran deyiləm”, – Trump iyulun 13-də Parisə gedərkən təyyarədə jurnalistlərə deyib. “Böyük razılaşmalar əldə etmişəm. Etdiyim budur. Heç nəyə nail olmamış sanksiyaları niyə qaldırmalıyam?”, – o deyib. Trump onu da sözlərinə əlavə edib ki, Almaniyada ötən həftəki görüş zamanı Rusiya prezidenti Vladimir Putin sanksiyalar məsələsini qaldırmayıb. Trump dəfələrlə bildirib ki, sələfi Barack Obama-nın Rusiyaya Ukraynaya təcavüzündən dolayı qoyduğu sanksiyalara əməl edəcək. (azadlıqradiosu) / Teqlər : #ABŞ Rusiyaya sanksiyaları qaldırmağa şərt qoyur, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru XİN: Bu il Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilə bilər Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirlərinin görüşü başlayıb
‘Azərbaycanda ictimai-siyasi vəziyyət və müxalifətin vəzifələri’ mövzusunda dəyirmi masa keçirildi -Video