Adambaşına xarici banklara 700 dollar borcumuz var - RƏSMİ 22 May 2017 01:00 İqtisadiyyat 1 yanvar 2017-ci il tarixinə Azərbaycanın adambaşına xarici borcu $704,7 təşkil edir, bu da 2016-cı ilin əvvəlinə olan göstəricidən 0,8% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Hesablama Palatasından məlumat verilib. “1 yanvar 2017-ci il tarixinə Azərbaycanda əhalinin sayı 1 yanvar 2016-cı ildə 9 mln. 705,6 min nəfərə qarşı 9 mln. 810 min nəfər təşkil edir. Ötən il əhalinin artımı 1,1% olub”, - deyə Palatadan qeyd ediblər. 2017-ci ilin əvvəlinə imzalanan kredit sazişləri üzrə Azərbaycanın xarici borcu $10 mırd. 931,8 mln. və ya ÜDM-in 32,3%-ni, faktiki mənimsənilən məbləğ $6 mlrd. 913,2 mln. və ya ÜDM-in 20,4%-ni təşkil edir. “2016-cı ilin yekunları üzrə Azərbaycanın adambaşına xarici borcu 2015-ci ilin sonuna olan $710,3-ə qarşı $704,7 təşkil edir”, - deyə Palatadan qeyd ediblər. Ötən il Azərbaycan $1 mlrd. 203,6 mln. məbləğində kredit vəsaitini sərf edib (2015-ci ilin göstəricisi ilə müqayisədə artım 46,1%), xarici borcun ödənişlərinə $719,2 mln. yönəldilib (artım 41,9%). / Teqlər : #Adambaşına xarici banklara 700 dollar borcumuz var RƏSMİ, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Üç ayda təbi qaz ehtiyatının 6,4 faizi itkiyə gedib ''Qeyri-neft sektorunun inkişafına başlamaqda gecikmişik''