Aida Qəmbər: “Türkiyə Suriya mövzusunda siyasətində korrektə etməyə məcburdur”

Aida Qəmbər: “Türkiyə Suriya mövzusunda siyasətində korrektə etməyə məcburdur”

Türkiyənin Suriyada həyata keçirdiyi “Fərat qalxanı” əməliyyatının məqsədi yalnız terror təşkilatlarının məhvidir. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. “Fərat qalxanı” əməliyyatının məqsədi hansısa ölkə, yaxud şəxs deyil, o, yalnız terror təşkilatlarına qarşı yönəlib. Bundan heç kim şübhə etməsin və başqa məna axtarmasın”, - Ankarada regional hakimiyyət orqanları təmsilçilərinin qarşısında çıxış edən Türkiyə prezidenti deyib.
 
Mövzu ilə bağlı Yaxın Şərq üzrə ekspert deyib ki, Suriya probleminin həllində müzakirələr üçün Bəşər Əsədlə eyni masa ətrafında oturmağa məcbur olacaqlar: "Qərbin və ABŞ-ın Suriya ilə bağlı ilk planları Bəşər Əsəd hakimiyyətini devirmək olub. Amma daxili və xarici amillərə görə, bu istiqamətdə aparılan işlər hədəfinə çatmadı. Qərbin bu istiqamətdə etdikləri səylər heç bir nəticə vermədi. Eyni zamanda müxalifət qüvvələri də hakimiyyəti əvəz edəcək qüvvəyə çevrilə bilmədi. Bütün bunları nəzərə alan Qərb, ABŞ və bu ideyanı bölüşən bir çox ölkələr fərqli istiqamət seçməyə məcbur oldular. Təbii ki, bu gün Bəşər Əsəd hakimiyyətini heç də dayanıqlı bir hökumət hesab etmək olmaz. Amma müəyyən ərazilərdə xarici qüvvələrin, Rusiya və İranın hesabına qoruyub saxlaya bildilər. Türkiyə də Bəşər Əsəd hakimiyyətini devirmək istiqamətində olan qüvvələrin yanında idi. Amma bu gün, indiki mərhələdə müəyyən mənada bu plan korrektdə edilib. Düşünürəm ki, müəyyən mərhələ üçün Bəşər Əsədin hakimiyyətdə qalmağı razılaşdırlmış kimi görünür. Bu baxımdan Türkiyə dövləti antiterror koalisiyanın üzvü kimi siyasətində korrektə etməyə məcburdur. Onlar anlayırlar ki, Suriya probleminin həllində müzakirələr üçün Bəşər Əsədlə eyni masa ətrafında oturmağa məcbur olacaqlar. Bu baxımdan indiki mərhələdə yenə Bəşər Əsəd hakimiyyətinin devrilməsini qeyd etsələr bu zaman Türkiyənin manevr imkanları çox daralacaq. Bu baxımdan fərqli bəyanatların səsləndirilməsi daha realdır". (deyerler.org) /

Google+ WhatsApp ok.ru